Hazard: “Hər şey öz əlimdədir”
“Real”ın futbolçusu Eden Hazard Belçika mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi, “kral klubu”ndakı ilk mövsümü haqda danışıb:
“Komandada ilk mövsümüm pis keçdi, ancaq yaxşı şeylər də vardı. Mənim üçün uyğunlaşma dövrü idi. Uğurlu və ya uğursuz olduğum ikinci mövsümdə bilinəcək. Hər şey öz əlimdədir. Yaxşı futbolçu kollektivimiz var. Burda yeni insanlarla tanış oldum. Mənim üçüm möhtəşəm təcrübədir. Klubla daha dörd illik müqaviləm var”.
Hazard bu mövsüm “Real”la La Liqada 10 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin