![](https://komanda.az/wp-content/uploads/2023/02/ALABA_1PC8626Thumb-780x470.jpg)
“Real”ın futbolçusu bu il meydana çıxa bilməyəcək
İspaniyanın “Real” (Madrid) klubunun futbolçusu David Alabanın 2024-cü ildə meydana çıxmayacağı dəqiqləşib.
Komanda.az “Relevo”ya istinadən xəbər verir ki, ön çarpaz bağı yırtılan müdafiəçinin oktyabrda sağalması gözlənilsə də, bərpa prosesi gecikib.
Avstriyalı futbolçu fərdi məşqlər etsə də, onun 2025-ci ilin yanvar ayında komandaya qoşulacağı məlum olub.
Alaba ötən mövsüm La Liqanın 17-ci turunda “Vilyarreal”a matçda ciddi zədə almışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin