“Real”ın futbolçusu Messinin klubuna keçəcək
“Real”ın müdafiəçisi Naço Fernandes yay transfer pəncərəsində komandasını dəyişəcək.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu Avropanı tərk edərək ABŞ-a gedəcək.
Səudiyyə Ərəbistanı və İtaliyadan gələn təkliflərə baxmayaraq, Naço karyerasını MLS-də davam etdirmək qərarına gəlib. Fernandesin yeni komandası Lionel Messinin oynadığı “İnter Mayami” olmalıdır.
34 yaşlı müdafiəçi Devid Bekhemin sahibi olduğu kluba azad agent kimi keçəcək. Belə ki, onun “Real”la müqaviləsi cari mövsümün sonunda başa çatır. Naço 2012-ci ildən “kral klubu”nda çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin