“Real”ın futbolçusu baş məşqçi ilə danışmır
“Real”ın yarımmüdafiəçisi Eden Hazard baş məşqçi Karlo Ançelotti ilə münasibətindən danışıb.
Komanda.az RTBF-yə istinadən xəbər verir ki, o, italiyalı mütəxəssislə danışmadığını deyib:
“Ançelotti ilə danışmırıq. Lakin bir-birimizə hörmət edirik. Bu, hər zaman belə olacaq. Futbol üçün etdiklərinə və karyerasına görə onun kimi insana hörmət etmək lazımdır”.
Belçikalı futbolçu 2019-cu ilin iyulundan “Real”ın formasını geyinir. Cari mövsümdə o, La Liqa klubunun heyətində bütün yarışlar daxil olmaqla 7 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Hazardın “kral klubu” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin