
“Fiorentina” “Real”ın futbolçusu ilə gücləndi – rəsmi
“Real”ın futbolçusu Alvaro Odriosola karyerasını İtaliyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 25 yaşlı müdafiəçi “Fiorentina” klubuna keçib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Odriosola 2021/2022 mövsümünü icarə əsasında “Fiorentina”da keçirəcək.
İspan müdafiəçi yeni komandasında 29 nömrəli formanı geyinəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin