
“Real”ın hücumçusu 6 klubun hədəfindədir
“Real” qış transfer pəncərəsində hücumçu Qonsalo Qarsiya üçün bir neçə təklif ala bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın “Milan” və “Napoli”, İngiltərənin “Vest Hem”, “Aston Villa” və “Fulhem” klubları, eləcə də İspaniyadan “Sevilya” 21 yaşlı futbolçuya maraq göstərir. Klubların forvard üçün təxminən 20-25 milyon avro təklif edəcəyi gözlənilir, lakin “Real” onu satmaqda tərəddüd edir.
Qarsiya əsas heyət uğrunda mübarizə apara bilməyəcəyini anlasa da, yaya kimi Madrid klubunda oynamağa davam etmək qərarına gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



