
“Real”ın futbolçusu əməliyyat olundu
“Real”ın (Madrid) yarımmüdafiəçisi Çud Bellingem çiynindən əməliyyat olunub.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçuya sol çiyninin çıxması diaqnozu qoyulub.
2024/2025 mövsümündə Bellingem “Real”ın heyətində 58 oyun keçirib, 15 qol vurub və 15 məhsuldar ötürmə edib. 22 yaşlı futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



