“Real”ın futbolçusu əməliyyat olundu

“Real”ın futbolçusu Eder Militao dizindəki çarpaz bağın zədəsinə görə əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçinin əməliyyatı uğurlu keçib. O, tezliklə bərpa proqramına başlayacaq.

Xatırladaq ki, braziliyalı futbolçu noyabrın 9-da İspaniya La Liqasının 13-cü turunun “Osasuna” ilə oyununda (4:0) zədələnmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button