“Real” 2 futbolçu ilə bağlı gözləmə mövqeyindədir
“Real”ın yarımmüdafiəçiləri Luka Modriç və Toni Kroosun gələcəyi müzakirə mövzusu olaraq qalır.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Modriç və Kroos hələlik Madrid klubuna gələcək planları barədə məlumat verməyib.
“Real” rəhbərliyi isə öz növbəsində gözləmə mövqeyindədir. Modriç və Kroosun gələcəyi ilə bağlı yekun qərar Çempionlar Liqasının final matçından sonra veriləcək.
“Real” və “Borussiya” (Dortmund) arasında Çempionlar Liqasının final oyunu iyunun 1-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin