“Real” gələn yayın planını qurur

“Real”ın gələn yay üçün nəzərdə tutulan iki transfer planı var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” müdafiənin hər iki cinahını gücləndirmək niyyətindədir. Belə ki, madridlilər bu vəzifənin öhdəsindən gəlmək üçün Alfonso Deyvis (“Bayern”) və Trent Aleksander-Arnoldu (“Liverpul”) dəvət edəcəklər.

La Liqa nəhəngi hər iki futbolçunu gələn yay azad agent kimi almaq niyyətindədir. “Real” kanadalı və ingiltərəli futbolçuları hazırkı klubları ilə başa çatan müqavilələrini yeniləməməyə inandırmağa çalışacaq.

“Transfermarkt” 23 yaşlı Deyvisin transfer dəyərini 50 milyon, 25 yaşlı Aleksander-Arnoldun qiymətini 70 milyon avro göstərir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button