“Real”ın daha bir futbolçusunda koronavirus aşkarlandı
İspaniyanın “Real” klubunda koronavirusa növbəti yoluxma halı aşkarlanıb.
Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Dani Sebalyosun COVİD-19 testinin nəticəsi müsbət çıxıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu səbəbdən məşq prosesini buraxan 26 yaşlı oyunçu dərhal karantinə alınıb. O, qarşıdakı “Sevilya” ilə matçda komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl “Real” müdafiəçisi Xesus Valyexonun da koronavirusa yoluxduğunu açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin