“Real”ın daha bir futbolçusu uzun müddətə sıradan çıxdı

“Real” ciddi itki ilə üzləşib.

Komanda.az “The Atletic”ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Eder Militao sıradan çıxıb.

La Liqanın 1-ci turunun “Atletik”lə (2:0) görüşündə zədə alan müdafiəçi diz bağlarından əməliyyat olunacaq. Onun 6-7 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Xatırladaq ki, “Real”ın qapıçısı Tibo Kurtuanın da əməliyyat olunacağı məlumdur. Onun 7-8 ay meydana çıxa bilməcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button