“Real”ın daha 4 futbolçusunda koronavirus aşkarlandı

İspaniyanın “Real” klubunda daha dörd futbolçu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

COVID-19 testi müsbət çıxan oyunçular qapıçı Tibo Kurtua, yarımmüdafiəçilər Federiko Valverde və Eduardo Kamavinqa, həmçinin hücumçu Vinisius Juniordur. Bütün futbolçular karantinə alınıblar.

Xatırladaq ki, “Real”da son həftələrdə David Alaba, İsko, Luka Modriç, Marselo, Qaret Beyl, Marko Asensio, Rodriqo və Andrey Luninin də koronavirusa yoluxduğunu açıqlanmışdı.