Zidanın oğlu milli komanda seçimini etdi
“Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu Luka Zidan milli komanda seçimini edib.
Komanda.az xəbər verir ki, bu barədə “Sports Finding” portalı məlumat yayıb. Xəbərdə, 21 yaşlı qapıçının Əlcəzair milli komandasında forma geyinəcəyi bildirilib.
Zidan, yığmanın baş məşqçisi Camel Belmadi ilə koronavirus pandemiyasının yayılmasından əvvəl görüşüb. Belmadi, Zidanı Əlcəzair vətəndaşlığını qəbul etməsi üçün razı salıb. Qapıçı DÇ-2022-nin seçmə mərhələsinin oyunları zamanı Əlcəzair yığmasının formasını geyinəcək.
Luka Zidan Fransanın gənclərdən ibarət komandasının formasını geyinib. Onun atası Zinəddin Zidan əslən əlcəzairli olsa da, futbolçu kimi Fransa yığmasında çıxış edib.
Müqavilə ilə “Real”a məxsus olan Zidan, icarə əsasında “Rasinq”də çıxış edir.
Bizi Facebook-da izləyin