Zidanın oğlu Bekhemin klubunda
“Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidan karyerasını ABŞ-da davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 26 yaşlı futbolçu “İnter Mayami” klubunda baxışdadır. Bu barədə ESPN məlumat yayıb. Futbolçu ilə bağlı qərar məşqçilər korpusunun rəyindən sonra veriləcək.
Zidanın son klubu İspaniya “Almeriya”sı olub. Yarımmüdafiəçi ötən ilin oktyabrından azad agentdir.
Enzo, 2012-2017-ci illər aralığında “Real”da çıxış edib. O, madridlilərin əsas komandasında oynamayıb.
“İnter Mayami” klubunun sahibi və prezidenti İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin