Zidanı qovdular
“Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidan formasını geyindiyi “Lozanna” klubundan ayrılıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ilin yanvarından İsveçrə təmsilçisində çıxış edən Zidanın “performans”ı klub rəhbərliyi tərəfindən bəyənilməyib. Son mövsümdə 33 qarşılaşmada sadəcə bir məhsuldar ötürmə ilə yadda qalan yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
24 yaşlı futbolçunun “Lozanna” klubu ilə 2020-ci ilin yayına qədər müqaviləsi var idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin