İddia: Zidan “Real”ın bəzi futbolçuları ilə küsülüdür

“Real”ın baş məşqçisi Zinəddin Zidan mövsümün sonunda “kral klubu”nu tərk edəcək.

Komanda.az xəbər verir ki, fransalı mütəxəssisin komandanın bir neçə futbolçusu ilə problemləri var. Bu barədə “Marca” nəşrinin jurnalisti Xose Feliks Dias məlumat yayıb. O, Zidanın artıq komandaya öz planlarını başa sala bilmədiyini və bəzi futbolçularla hətta bir neçə müddətdir danışmadığını bildirib.

“Real” son olaraq İspaniya kubokunda Sequnda B təmsilçisi “Alkoyano”ya uduzub. “Kral klubu” La Liqada 2-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button