Zidan “Real”dan ayrılmaq istəyir
“Real”ın baş məşqçisi Zinəddin Zidan mövsümün sonunda klubu tərk edə bilər.
Komanda.az xəbər verir ki, fransalı mütəxəssis “kral klubu”ndan ayrılmaq niyyətindədir. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Zidanın “Real” La Liqada çempion olacağı halda belə, komandadan ayrıla biləcəyi bildirilib.
Zidanın “Real”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.
“Real” La Liqada lider “Atletiko”dan iki xal geri qalaraq, ikinci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin