“Bəhanəmiz yoxdur, pis oynadıq” – Zidan
“Real”ın baş məşqçisi Zinəddin Zidan İspaniya La Liqasının 6-cı turu çərçivəsində “Kadis”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız mütəxəssis, 0:1 hesabıyla məğlub olduqları oyunla bağlı bunları deyib:
“Rəqib bizdən daha ritmli və istəkli idi. Bəhanəmiz yoxdur, pis oynadıq. Məni narahat edən oyunun əvvəlində baş verənlər idi. Şans yaratmaq bizə baha başa gəldi, bu da oyuna pis başlamaqdan irəli gəlir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin