Zidan: “Nəticə ədalətli idi”
“Real”ın baş məşqçisi Zinəddin Zidan İspaniya La Liqasının 27-ci turunda “Elçe”ni məğlub etdikləri matçdan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, AS nəşrinə danışan fransalı mütəxəssis, 2:1 hesabıyla bitən görüşü belə şərh edib:
“Çox yaxşı hisslər keçirirəm. Bacaracağımıza inanırdıq. Oyunun əvvəlində qol vurmaq üçün 2-3 şansımız var idi, lakin dəyərləndirə bilmədik. Sonda qələbə qazana bildik. Nəticə ədalətli idi. İki gözəl qol vurduq və qələbə qazandıq. Yaxşı olduğumuz üçün üç xal bizim oldu”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin