“Belə oyunlar təkrarlanmamalıdır” – Zidan
“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Şaxtyor”a (Ukrayna) qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan fransız mütəxəssis, 2:3 hesabıyla uduzduqları görüş haqda bunları deyib:
“Pis axşam oldu. Heç deyilsə, ikinci hissədə mübarizə apardıq. Futbolçularım əsəbiləşmişdi, bu da məntiqlidir. Çünki onlar çempiondurlar. Qısa zamanda bir həll yolu tapılmalıdır, bu da mənim işimdir. Belə oyunlar təkrarlanmamalıdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin