“3 xal qazanmağa başlamalıyıq” – Zidan
“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Qalatasaray”la qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız mütəxəssis, 3 xal qazanmaq istədiklərini deyib:
“Özümüzü sübut etmək istəyirik. 18 ildir ki, bu klubdayam. Həm məşqçi, həm də oyunçu kimi bu komandada olmuşam. İndiki vəziyyətin necə və hansı təzyiqlərin olduğunu da bilirəm. Artıq 3 xal qazanmağa başlamalıyıq. Ən yaxşısını edəcəyimizə inanıram”.
Bu gün keçiriləcək “Qalatasaray” – “Real” oyunu saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin