“Onun qarşısını necə alacağımızı deyə bilmərəm” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasında PSJ ilə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, fransız mütəxəssis, həmyerlisi Kilian Mbappeni tərifləyib:

“Nəticə bizim üçün çox vacibdir. Yaxşı oyun keçirib, qələbə qazanmaq istəyirik.

Mbappe möhtəşəm futbolçudur və komandanı ona qarşı xüsusi olaraq hazırlamışam. Sizə onun qarşısını necə alacağımızı deyə bilmərəm.

Bu oyun həm bizim, həm də Qaret Beyl üçün önəmlidir. Oyunun möhtəşəm keçəcəyini düşünürəm. Yaxşı mövsüm keçiririk və daha da yaxşı olmaq istəyirik. PSJ dünyanın ən yaxşı komandalarından biri olmağı bacarıb. Buna görə onları təbrik edirəm”.

Bu gün keçiriləcək “Real” – PSJ matçı saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button