“Hər günümdən zövq alıram” – Zidan
“Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.
Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan fransalı mütəxəssis, “kral klubu”ndakı gələcəyi barədə bunları deyib:
“Gələcək haqda düşünmürəm və heç nə planlaşdırmıram. Klubla 10 illik müqavilə bağlaya da bilərsən, tez qovula da bilərsən. Tənqid və tərif hər zaman olur. Bu, futboldur. Hər günümdən zövq alıram. Macəralar bir gün başlayıb, bir gün bitər”.
Zidanın “Real”la müqaviləsi 2022-ci ilin yayına qədərdir. Onun rəhbərlik etdiyi kollektiv La Liqada 2-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin