
Ançelotti: “Komandamı tanıya bilmədim”
“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqada “Xetafe”yə uduzduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az “El Chiringuito” nəşrinə istinadən xəbər verir ki, italyan mütəxəssis, 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Deyəsən, istirahətimiz bitməyib. Komandamı tanıya bilmədim və çox məyusam. Turnir cədvəlində mövqeyimiz yaxşıdır. Məğlubiyyətə baxmayaraq, nikbin olmalıyıq. Qarşıda oyunlar çoxdur”.
“Real” La Liqada liderdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin