
“Bütün məsuliyyəti öz üzərimə götürürəm” – Zidan
“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Brügge” ilə qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız mütəxəssis, 2:2 hesabıyla bitən görüşü belə şərh edib:
“Pis nəticə aldıq, ancaq 0:2 hesabından sonra oyuna yanaşmamız yaxşı idi. İlk hissədəki oyunumuzdan razı deyiləm. Elə 45 dəqiqə oynaya bilməzsiz. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Bir xala görə sevinməməliyik, 3 xal qazanmalıydıq.
Buraxdığımız ilk qol gülünc idi. Oyuna pis başladıq. Sonra diqqətimizi itirdik və rəqib bizi cəzalandırdı. İlk qoldan sonra özlərinə inam artdı və 2-ci topu da vurdular. Xoşbəxt deyilik, ancaq müsbət fikirləşməliyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin