“Real”da Alonsonun sisteminə şübhə edənlər var

“Real”ın bəzi futbolçuları yeni baş məşqçi Xabi Alonsonun taktiki planlarına şübhə ilə yanaşırlar.

“Kral klubu” bazar günü ispaniyalı mütəxəssisin təyinatını rəsmi şəkildə açıqlayıb. 43 yaşlı çalışdırıcı Karlo Ançelottini əvəz edib. İtaliyalı mütəxəssis isə artıq Braziliya millisinin baş məşqçisidir.

Komanda.az “FootMercato”-ya istinadən xəbər verir ki, “Real”ın paltardəyişmə otağında Alonsonun planlarına dair müəyyən narahatlıq mövcuddur.

Xüsusilə, bəzi futbolçular Xabinin Leverkuzen “Bayer”i ilə uğur qazandığı beş müdafiəçili sistemi Madrid komandasında necə tətbiq edəcəyini anlaya bilmir.

Alonsonun “Real”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button