ÇL: Ançelotti iki mövqe ilə bağlı qərarsızdır

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la keçiriləcək oyun üçün heyəti nəzərdən keçirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis iki mövqe ilə bağlı hələ ki, qərar verməyib. O, qapıçılar Tibo Kurtua və Andrey Lunin arasında seçim etməyib. Yarımmüdafiəçilər – Luka Modriç və Lukas Vaskesdən hansının meydana çıxacağı isə qeyri-müəyyən olaraq qalır.

“Arsenal” və “Real” arasında ilk oyun aprelin 8-də Londondakı stadionda keçiriləcək və matçın start fiti saat 23:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button