
“Real”ın futbolçusu qripə yoluxub – La Liqa matçını buraxa bilər
“Real”ın müdafiəçisi Antonio Rüdiger qripə yoluxduğu üçün komandanın məşqini buraxıb.
Komanda.az COPE-yə istinadən xəbər verir ki, almaniyalı futbolçunun İspaniya La Liqasının 27-ci turunun sabah keçiriləcək “Rayo Valyekano” ilə matçda iştirakı hazırda sual altındadır.
32 yaşlı Rüdiger bu mövsüm bütün yarışlarda 39 matçda iştirak edib, 2 qol vurub. Onun “Real”la hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin