“Real” Argentina millisinin üzvünü transfer etmək istəyir
Argentina millisinin və “Tottenhem”in müdafiəçisi Kristian Romero karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, argentinalı futbolçu ilə “Real” maraqlanır.
“Kral klubu” Romeronu gələn yay transfer edə bilər. Madridlilər 26 yaşlı müdafiəçinin transferi üçün 65 milyon avro təklif etmək istəyirlər.
Romero 2022-ci ilin yayından “Tottenhem”də çıxış edir. Tərəflər arasındakı müqavilə 2027-ci ilin iyun ayının sonuna qədərdir. O, Premyer Liqanın cari mövsümündə 5 oyun keçirib və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin