“Real”da onu Vitinyaya bənzədirlər

“Real” 18 yaşlı futbolçu Tiaqo Pitarcın çıxışından təsirlənib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi hələ əsas komandada debüt etməsə də, onun istedadı klub daxilində böyük maraq doğurub.

İspaniyalı futbolçu xüsusiyyətlərinə görə PSJ-nin oyunçusu Vitinyaya bənzədilir. Mütəxəssislər Pitarcı enerjili, güclü və ötürmələr, həmçinin, driblinq vasitəsilə rəqibin müdafiə xəttini yarma bacarığına malik futbolçu kimi xarakterizə edirlər.

Bildirilir ki, “Real”ın baş məşqçisi Xabi Alonso bu tip oyunçunu əsas komandada görmək istəyir. O, transfer bazarında uyğun namizəd tapılmadığından, klub daxilindəki resurslara üz tutmağa qərar verib. Böyük ehtimalla, Tiaqo yaxın gələcəkdə əsas heyətdə öz şansını sınayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button