“Real”ın 120 illik tarixində ilk
Madrid “Real”ı İspaniya La Liqasının 16-cı turu çərçivəsində baş tutan “Vilyarreal”la səfər oyununda 1:2 hesablı məğlubiyyətlə üzləşib.
Komanda.az xəbər verir ki, bu oyun paytaxt təmsilçisi üçün tarixi bir ilklə əlamətdar olub.
Belə ki, “Real”ın start heyətində ilk dəfə bir nəfər də olsun ispan futbolçu yer almayıb. Baş məşqçi Karlo Ançelotti start heyətdə 3 fransız (Orelyen Çuameni, Ferlan Mendi, Kərim Benzema), 2 braziliyalı (Vinisius Junior, Eder Militao), 2 alman (Antonio Rüdiger, Toni Kroos), 1 xorvat (Luka Modriç), 1 avstriyalı (David Alaba), 1 belçikalı (Tibo Kurtua) və 1 uruqvaylı (Federiko Valverde) futbolçuya şans verib.
Bu, “Real”ın 120 illik tarixində ilk belə hadisədir. İndiyə qədər “kral klubu”nda start heyətdə azı bir futbolçu da olsa, meydana çıxmışdı. Ançelotti yalnız matçın gedişində iki ispan futbolçuya oynamaq şansı yaradıb. Lukas Vaskes 64-cü, Marko Asensio isə 82-ci dəqiqədə meydana buraxılıb.
Bizi Facebook-da izləyin