
“Real”ın 1/4 finaldakı rəqibi bəlli oldu
Futbol üzrə İspaniya Kubokunda 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Komanda.az xəbər verir ki, turnirin əsas favoritlərindən sayılan “Real” yarımfinala çıxmaq üçün “Atletik”lə qarşılaşacaq.
Bu mərhələnin oyunları fevralın 2-3-də keçiriləcək.
İspaniya Kuboku
1/4 final
Atletik – Real
Real Sosyedad – Betis
Valensiya – Kadis
Rayo Valyekano – Malyorka
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin