“Real”ın əsas penalti vuranı o olacaq

Qarşıdakı mövsümdə “Real”ın penalti zərbələrini kimin yerinə yetirəcəyi ilə bağlı məlumatlar ortaya çıxıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “kral klubu”nda penalti vuruşlarını əsasən braziliyalı hücumçu Vinisius Junior yerinə yetirəcək.

24 yaşlı futbolçu ötən mövsüm bütün turnirlər daxil olmaqla 39 matçda iştirak edib, 24 qol vurub və 11 məhsuldar ötürmə verib.

“Real” avqustun 14-də yeni mövsümün ilk rəsmi matçına çıxacaq. Karlo Ançelottinin komandası UEFA superkubokunda “Atalanta” ilə qarşılaşacaq. Matçın start fiti saat 23:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button