“Real”ın zədəli futbolçusu geri dönməyə yaxındır

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa zədədən sonra meydana qayıtmağa yaxındır.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, fransalı futbolçu avqustun ortalarında zədələnib və bir neçə həftəlik sıradan çıxıb. Kamavinqa artıq meydana qayıtmağa yaxındır.

21 yaşlı yarımmüdafiəçi hələ ki, ümumi qrupda məşqləri bərpa etməyib. O, bundan sonra rəsmi oyunlarda iştirak etmək üçün forma yığmalıdır.

Kamavinqa “Real”la üç mövsümdə 2 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. O, Madrid klubuna 2021-ci ilin yayında “Renn”dən keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button