“Real” azarkeşlərini sevindirən xəbər

“Real”ın müdafiəçisi Ferlan Mendi ümumi məşqin bir hissəsini komanda ilə keçirib.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Fransalı futbolçu bud nahiyəsindən aldığı zədə səbəbindən keçən ayın ortalarından bəri yaşıl meydanlara çıxmır. “Real”ın baş məşqçisi Karlo Ançelotti onun İspaniya kubokunun finalı üçün “Barselona”ya qarşı keçiriləcək oyunda heyətə daxil edilməsini planlaşdırır. Qarşılaşma sabah keçiriləcək.

29 yaşlı oyunçu cari mövsümdə La Liqada 14 qarşılaşmada iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button