“Real”ın zədəli futbolçusu məşqlərə başlayıb

“Real”ın müdafiəçisi Eder Militao komandanın ümumi qrupu ilə məşqləri bərpa edib.

Komanda.az xəbər verir ki, bu barədə “kral klubu”nun rəsmi saytı məlumat yayıb.

Militao əzələ zədəsindən əziyyət çəkib və bu, onu bir neçə həftə sıradan çıxarıb. Braziliyalı futbolçunun komandanın İspaniya çempionatı çərçivəsində baş tutacaq “Real Sosyedad”la növbəti oyununda iştirak edib-etməyəcəyi hələ məlum deyil.

Militao zədə səbəbindən keçən mövsümün çox hissəsini buraxmışdı. 26 yaşlı müdafiəçi yalnız yazda meydana qayıdıb və az sayda matç keçirməyi bacarmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button