
İspaniya La Liqasının oyunu ABŞ-da keçirilə bilər
İspaniya La Liqasının prezidenti Xavyer Tebas liqa matçını ABŞ-da keçirmək planlarından danışıb.
Komanda.az “Sport”-a istinadən xəbər verir ki, o, bu ideyanın hələ də gündəmdə olduğunu və belə bir qarşılaşma üçün böyük klublardan birinin seçilməsinin vacibliyini bildirib:
“Biz nə vaxtsa La Liqa matçını Mayamidə keçirmək niyyətindəyik. Bunun üçün böyük bir komanda lazımdır. Ya “Barselona”, ya da “Atletiko”. Mövcud münasibətləri nəzərə alsaq, “Real”dansa “Barselona”nı seçmək daha asandır”.
“Barselona” son mövsümdə baş məşqçi Hans-Diter Flikin rəhbərliyi ilə ölkədaxili bütün turnirlərdə qalib gəlib. Kataloniyalılar artıq yeni mövsümə hazırlıqlara başlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin