“Real”ın Xames Rodriqes qərarı
İspaniyanın “Real” klubu futbolçusu Xames Rodriqeslə bağlı qərarını verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” kolumbiyalı futbolçunu heç bir kluba icarəyə verməyəcək. İngiltərə və İtaliyadan bir neçə klub futbolçunu icarəyə götürmək istəsə də, Madrid təmsilçisi bu təkliflərdən imtina edib. “Real”ın Xames üçün birdəfəlik transfer təklifi olacağı halda, təklifləri nəzərdən keçirəcəyi bildirilir.
Bir müddət əvvəl futbolçunun “Everton”la danışıqlar apardığı haqqında xəbərlər yayılmışdı.
28 yaşlı yarımmüdafəçi cari mövsümdə “Real”ın heyətində 7 oyunda iştirak edib. Onun klubla müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin