“Real”dan və “Çelsi”dən imtina edib – “Milan”da qalmaq istəyir

Rafael Leao “Real” və “Çelsi”yə keçməkdən imtina edib. O, “Milan”da qalmaq istəyir.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu “Milan”la müqaviləsini uzatmaq istəyir. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Məlumatda qeyd olunur ki, Leao artıq onun transferində maraqlı olan “Real” və “Çelsi”dən imtina edib. Hər keçən gün “Milan”ın 23 yaşlı oyunçunun yeni müqaviləsi ilə bağlı nikbinliyi artır. Futbolçu üçün ən vacib amil klubun növbəti mövsüm Çempionlar Liqasında iştirak etməsidir. “Milan” hazırda 56 xalla A Seriyasında 4-cü pillədə qərarlaşıb.

Danışıqlardakı əsas maneə Leaonun 2018-ci ildə “Sportinq”lə müqaviləni birtərəfli qaydada pozduğuna görə cərimələnəcəyi məsələsidir. Cərimə məbləği 20 milyon avroya yaxındır.

Daha əvvəl bildirilmişdi ki, “Milan” və Leao yeni müqavilə ilə bağlı şifahi razılığa gəliblər. Tərəflər arasında danışıqlar davam edir.

Leao bu mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 41 oyunda 13 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button