
“Real” fransalı müdafiəçinin agentləri ilə əlaqə saxlayıb
“Real” “Bayern”in müdafiəçisi Dayo Upamekanonun agentləri ilə əlaqəyə çıxıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” agentlərə aydın mesaj göndərib: fransalı futbolçu Münhen təmsilçisi ilə müqaviləni yeniləməsə, “Real” onu transfer etmək üçün addım atacaq.
27 yaşlı Upamekanonun klubla müqaviləsinin müddəti gələn yayda bitəcək. O, cari mövsümdə bütün turnirlərdə 15 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



