“Real”dan transferlər üçün böyük büdcə: 300 milyon avro

İspaniya La Liqasında mübarizə aparan “Real”ın yay transfer pəncərəsi üçün büdcəsi müəyyənləşib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun  bu transfer dövründə əvvəlki illərlə müqayisədə daha aktiv olacağı gözlənilir. Belə ki, Madrid təmsilçisi bu yay futbolçuların satışından 200 milyon avro qazanmağı hədəfləyib. Bundan başqa, klub, UEFA-nın maliyyə feir-pley qaydalarına uyğun olaraq, futbolçu satışından əldə olunan puldan əlavə, 100 milyon avro da xərcləməyi planlaşdırır.

“Portu”dan Eder Militao və “Santos”dan Rodriqonun keçidini razılaşdıran paytaxt təmsilçisinin “Ayntraxt”ın futbolçusu Luka Yoviçin də transferini yekunlaşdırmaq üzrə olduğu bildirilir.

Eyni zamanda, Qaret Beyl, Markos Llorente, Keylor Navas kimi futbolçuların komandadan ayrılacağı deyilir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button