“Real”dan Ronaldoya başsağlığı
“Real” keçmiş futbolçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodrigesə başsağlığı verib.
Komanda.az xəbər verir ki, Corcinanın doğuşu zamanı əkizlərindən biri (oğlan) vəfat edib, qız isə sağ qalıb. “Real” bununla bağlı başsağlığı verib:
“Real” futbol klubu, onun prezidenti, Direktorlar Şurası Ronaldo və Corcina Rodriqesə onların övladlarından birinin vəfatından dərin kədər hissi keçirdiyini bildirir. Klub onların ağrısını bölüşür və sevgilərini göndərir”.
Övladını itirməsi ilə bağlı məlumatı Ronaldo özü açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin