
“Real”dan növbəti transfer
“Real” “Benfika”nın futbolçusu Alvaro Karrerasın transferini rəsmən açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı sol cinah müdafiəçisi İspaniya təmsilçisi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb. Bu transfer Madrid klubuna 50 milyon avroya başa gəlib.
Karreras “Real”ın yetirməsidir. O, ötən yay İngiltərənin “Mançester Yunayted” klubundan 6 milyon avroya Portuqaliyanın “Benfika” komandasına keçmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



