“Real”dan getmək fikrində deyil – Ailəsinə görə
“Real”ın cinah oyunçusu Eden Hazard müqaviləsinin bitdiyi vaxta – 2024-cü ilə qədər klubdan ayrılmaq fikrində deyil.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu fevralda “Real”ın rəhbərləri ilə görüşüb və 2024-cü ilə qədər komandada qalmaq arzusunu prezident Florentino Peresə çatdırıb. Belçikalı vinger digər klublarla danışıqlar aparmır.
Mənbənin sözlərinə görə, Hazardın prioriteti sevdiklərinin xoşbəxtliyidir. Futbolçunun ailəsi Madriddə çox rahatdır və oğullarından biri bu yaxınlarda “Real”ın akademiyasına qatılıb.
Hazard 2019-cu ilin iyulundan “Real”da çıxış edir. O, 2022/23 mövsümündə komandanın heyətində 7 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin