
“Real” futbolçusu ilə yeni müqavilə imzalayacaq
“Real” vingeri Brahim Diasla yeni müqavilə imzalamağa hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” 25 yaşlı futbolçusu ilə yeni müqavilənin bütün şərtlərini razılaşdırıb. Sənədlərin yaxın vaxtlarda imzalanacağı gözlənilir.
Daha əvvəl yayılan məlumatlara əsasən, yeni sözləşmənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.
Mərakeşli yarımmüdafiəçi 2024/25 mövsümündə bütün turnirlərdə 52 oyuna çıxaraq, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



