“Real”dan futbolçularına qadağa
“Real” İspaniya La Liqası rəhbərliyinin həm paltardəyişmə otağında, həm də ehtiyat oyunçular skamyasının yanında kamera və mikrofon quraşdırılması ilə bağlı qərarını qəbul etməyib.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, Madrid təmsilçisindən başqa, La Liqanın digər klubları qərara müsbət reaksiya verib.
“Real” oyunlardan öncə futbolçularına matçlardan həm əvvəl, həm də sonra media nümayəndələri ilə ünsiyyət qurmağı qadağan edib. Oyunçularla müsahibəni yalnız klubun mətbuat xidməti təşkil edə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin