İddia: Marselo “Fənərbaxça” ilə anlaşıb

“Real”dan ayrılmağa qərar verən braziliyalı futbolçu Marselo karyerasını Türkiyə nəhənglərindən “Fənərbaxça”da davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 34 yaşlı futbolçu həmyerlisi, bir zamanlar “Fənər”in futbolçusu olan Roberto Karlosun məsləhəti ilə ona illik 4 milyon avro təklif edən “sarı-göylər”lə anlaşıb.

Marselo “Real”la Çempionlar Liqasını qazandıqdan sonra klubdan ayrılmaq qərarına gəlib. O, 2007-ci ildən “Real”da çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button