
“Real”dan daha bir futbolçusu ilə müqavilə
“Real” futbolçusu Dani Sebalyosun müqaviləsinin müddətini uzadıb.
Komanda.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Sebalyos ötən mövsüm La Liqada 30 oyuna çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
“Kral klubu” daha əvvəl Toni Kroos və Naço Fernandeslə də müqaviləsinin müddətini artırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin