“Real”dan ayrılır, “Atletiko”ya keçir
İspaniyanın “Atletiko” klubu “Real”ın yarımmüdafiəçisini heyətinə qatır.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, növbəti mövsüm üçün “kral klubu”nun baş məşqçisi Zinəddin Zidanın planlarında yer almayan Markos Lorente karyerasını “Atletiko”da davam etdirməyə yaxındır. “Atletiko”nun 40 milyon avro müqabilində heyətinə qatacağı futbolçu ilə 5 illik müqavilə bağlayacağı gözlənilir.
Transferin növbəti həftə rəsmi şəkildə açıqlanacağı bildirilir.
2016-cı ildən “Real”ın şərəfini qoruyan 24 yaşlı futbolçu, son mövsümdə iştirak etdiyi 16 oyunda 2 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin